Ölkənin ən böyük şirkətlərindən biri olan “Gilan Holding”lə bağlı təzadlı məlumatlar yayılıb
Mynews.az xəbər verir ki, “Qaynarinfo” saytı “Gilan Holding”in sahibinin dəyişdiyi barədə iddia səsləndirib.
Saytda yazılan məlumatda qeyd edilir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus bu nəhəng biznes strukturunun kimin nəzarətinə keçməsi ilə bağlı mənbə məlumat versə də, rəsmi açıqlama verilmədiyinə görə, məlumatı detallı yazmayıblar.
Həmin sensasion sayılacaq xəbəri təqdim edirik:
Məlumatı dəqiqləşdirmək üçün şirkətin saytında yerləşdirilən əlaqə nömrəsinə etdiyimiz zəngdən də bir nəticə hasil olmadı.
Telefon zəngimizə cavab verən xanım əməkdaş bizi nə mətbuat xidməti, nə də başqa bir məsul şəxslə calaşdıra bilməyəcəyini dedi: “Belə bir səlahiyyətim yoxdur”.
Məlumatı diqqətçəkən edən daha bir vacib məqam ondan ibarətdir ki, anoloji xəbərlər hələ vəzifədə olarkən keçmiş nəqliyyat naziri Ziya Məmmədov və yaxın ətrafına məxsus şirkətlər barəsində də yayılmışdı. Çox keçməmiş nəqliyyat naziri nəinki “istirahətə” göndərildi, rəhbərlik etdiyi nazirlik belə ləğv olundu.
Qeyd edək ki, sabiq və indiki nazirlər arasında ən böyük biznes imperiyasının da Kəmaləddin Heydərova və ailəsinə məxsus olduğu deyilir. Mətbuatda dərc olunan və indiyə qədər təkzib olunmayan məlumatlara əsaslansaq, “fövqəlnazir”in 300-ə yaxın şirkətə nəzarət etdiyini söyləmək olar.
“Gİlan Holding” özü də ayrılıqda onlarla şirkəti özündə birləşdirən – tikinti, turizm, sənaye sahələri başda olmaqla müxtəlif biznes növləri ilə məşğul olan nəhəng biznes strukturudur.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub