"Neçə ailəni dağıtdım" 37 illik məhkum gülə-gülə ŞOK ETİRAFLAR etdi - VİDEO

1115
"Neçə ailəni dağıtdım" 37 illik məhkum gülə-gülə ŞOK ETİRAFLAR etdi - VİDEO

"2 dəfə intihara cəhd etdim, alınmadı, neçə ailəni dağıtdım"

Mynews.az bildirir ki, ARB TV-nin "Rezonans" verilişində bu dəfə ömrünün yarısından çoxunu zindanda keçirən Əmrah Əhmədovun həyat hekayəsinə yer verilib.

Əmrah Əhmədov - cəzası (15 il, ümumi 37 il) : "Atam üst-üstə 15 il 2 dəfə həbs edilib. Ömrünün 30 ilini həbsdə keçirib. Azərbaycanda olan bütün həbsxanalarda cəza çəkmişəm. İlk cinayətim 1991-ci ildə olub. 1993-cü ildə vaxtından əvvəl azadlığa çıxdım. Yenidən həbsxanaya qayıtdım. Şirvan rayonunda taksiyə oturub kəndə sürdürdüm, xahiş elədim ki, maşın mənə lazımdır. 30 dəqiqəlik istədim, vermədi, vurdum "baqaj"a saldım. Neftçala rayonuna qardaşımın yanına getdim. Anam da sağ idi. Oturub yedik-içdik. O da maşının "baqaj"ındaydı. Gəncəli Alim var idi, meyxana deyən, onu da maqnitafonda qoymuşam ki, qulaq assın, həm də səs çıxmasın. Yerini də yaxşı elədim, yorğan-döşək sərdim. Üşüməməsi üçün yemək filan verdim. Kabab da yedizdirdim, ay tövbə. Dedi içən deyiləm, amma 100 qram da vurdurdum. Sonra ürəyim dözmədi, dedim ki, gəl otur bizimlə çörək ye, sonra çıxıb gedərsən. Razılaşdı, amma sonra dedi ki, yatmaq istəyirəm. Buna yer saldıq, bir az sonra bildik ki, bu qaçıb. Polisə şikayət etdi, mən qaçdım Kür çayına. Sonra Salyanda bir maşın da götürdüm, orada tutuldum. 

1998-ci ildə həbsdən yenə çıxdım. Bakıya getmək istəyirdim, maşın saxladıb mindim. Söhbətimiz tutdu bununla, dedim olar nəşə çəkim? Dedi varındısa, çək. Gəldik, Qaradağdan döndü polisə. Sonradan bildim ki, bu cinayət axtarışda işləyir (gülür). 

Növbəti dəfə azadlığa çıxanda isə Neftçalaya gəlib ailə qurub, təsərrüfatla məşğul olmağa başladım. Evdə yatmışdım, yuxu tutmadı, durdum Kürün üstündə siqaret çəkdim. Sonra qonşunun həyətinə girdim, gəzişdim, tövləsinə girdim. Sonra gecə saat 5-də kişi çıxdı bayıra görüşdük, heç soruşmadı da burada neynirsən. Evə girəndə mən də bunun arxasınca girdim. Sonra çevrilib dedi ki, burada nə gəzirsən? Dedim səsini kəs, vurdum. Arvadı çıxdı otaqdan onu da vurdum. Bir də ayıldım ki, qanın içindəyəm. Şokda olub bunları öldürmüşəm. Tez polisə zəng elədim ki, qohumları gəlib məni öldürərlər. Əvvəlcə ömürlük versələr də, sonradan 15 ilə çevirdilər. Doğmalarım tərəfindən atılmışam. Yaxın duran yoxdur. 2 dəfə intihara cəhd etdim, amma alınmadı. Çox peşmanam etdiklərimdən. Neçə ailəni dağıtdım".

Xəbər lenti