Bu gün Milli Məclisdə 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi keçirilib.
Müzakirələr zamanı bəzi deputatlar ölkə iqtisadiyyatının vəziyyəti, bank sektoru və digər problemlərlə bağlı öz narahatlıqlarını ifadə ediblər.
Mynews.az xəbər verir ki, deputat Əli Məsimlinin çıxışı müzakirəyə səbəb olub. O, ölkənin hazırda xarici borclarının ümumi büdcənin 20 faizini təşkil etdiyini deyib: "Yəni proses bu şəkildə davam edərsə, bu 30 faizdən də yuxarı ola bilər. Bəzi şirkətlər ağına-bozuna baxmadan borclanmaya gedirlər. Düzdür, onların içərisində möhtəşəm layihələr həyata keçirənlər də var. Ancaq elələləri də var ki, nə etdikləri məlum deyil. Ona görə də bu məsələni araşdırmaq və qiymət vermək lazımdır. Yoxsa büdcəmizin böyük bir hissəsi borcların qaytarılmasına gedə bilər".
Deputatın sözlərinə görə bankların ölkə iqtisadiyyatına 125 milyard yatırım qoyduqlarını ancaq bu pulların hazırda heç bir işə yaramadığını əlavə edib:
"Onu da qeyd edim ki, təkcə banklar 125 milyard Azərbaycan iqtisadiyyatına vəsait qoyublar. Halbuki bu və ya digər ayrılmış pullardan yeni bir Azərbaycan qurmaq olardı”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub