“Neftçi”, “Turan” və MOİK-in sabiq futbolçusu nigeriyalı Erik Obidikenin azərbaycanlı həyat yoldaşı Aytən Obidikeni vəhşicəsinə döydüyü haqda xəbər yayılıb.
Qafqazinfo bildirir ki, keçmiş müdafiəçi məsələyə aydınlıq gətirib.
O, həyat yoldaşı ilə arasında problem olduğunu, lakin mətbuatda yazılanların şişirdildiyini bildirib: “Yoldaşlımla aramda problemlər var. Amma bu yazılanlar qədər şişirdiləcək məsələ deyil. Aytəndən də soruşdum və dedi ki, heç kimə bu barədə danışmamışam. Hansı kişi deyə bilər evində problem olmur?! Dalaşmışıqsa da, arvad mənimdir, özüm bilərəm! Başqa adama problem yaratmamışam ki? Guya, azərbaycanlı kişilərlə arvadları arasında mübahisə, dava-dalaş olmur? Dalaşdığımız düzdür, amma bu qədər də yox”.
Qeyd edək ki, cütlüyün Rəvan və Mələk adında iki övladları var.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub