Oruc tutanlar mütləq oxusun Bunları etməsəniz həyatınız təhlükəyə girəcək!

940
Oruc tutanlar mütləq oxusun Bunları etməsəniz həyatınız təhlükəyə girəcək!

Sahura bağlı yuxu rejiminin pozulması, ac və susuz qalma, qida rejiminin dəyişməsi bəzən oruc tutan insanlarda başağrılarına səbəb olur.

Bəs başağrılarından qorunmaq üçün nə ətməliyik? - Bütün bu saullarımıza tanınmış nevroloq Dr.Jalə Qarayeva cavab verib:

- İftar yeməyinə qan təzyiqini yüksəltməyəcək şorba və salat kimi yüngül, az yağlı qidalarla başlayın. Ana yeməkdə də mədəni yükləməyəcək qidalar yeyin. Çünki vücud susuz qaldığında stressə bağlı hormonlar yüksəlir, bu da damarların daralmasına yol açaraq, başağrısına səbəb olur. Başağrısını önləmək üçün iftar və sahur arasında bol maye qəbul edin.

- Bəs, Xroniki baş ağrıları olan insanlara nə məsləhət görərdiniz?

Əgər miqren xəstələri sahura qalxmazlarsa, aclığa bağlı miqren atakları yarana bilər. Səbəb isə aclıq və susuzluğun vücudda stress yaratmasıdır ki, bu da qan tezyiqinin yüksəlməsinə və nəticədə şiddətli başağrısına səbəb ola biler. Başağrısından qorunmaq üçün mütləq sahura qalxın və uzun saatlar ac qalmamanız üçün yeməyinizi son saatlarda yeyin.

Sahur vaxtı daha çox hansı qidalara üstünlük verək?

- Sahurda şəkərli qidalar yerinə proteinlə zəngin qidalara üstünlük verin. Yeyilən şəkərli qidalar metabolizmanı sürətləndirir, proteinli qidalara üstünlük vermək isə toxluq saatlarını uzadır. Miqreninizi tətikləyən qidalardan uzaq durum. Xüsusilə miqrən xəstələri nevroloqun teyinatı ilə sahur ve iftar saatlarında qoruyucu müalicə almalıdırlar. Təmiz hava və sakit otaqda qısa yuxu ağrıdan azad olmanıza yardımçı olacaq.

Xəbər lenti