Azərbaycan ərazisində 2017-2018-ci illərin ov mövsümü açıq elan edilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, ölkə ərazisində 2017-2018-ci illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgü cədvəlləri hazırlanıb.
2017-2018-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:
Ov obyekti olan vəhşi heyvan və quş növləri |
Ovlanma müddəti |
Adambaşına 1 dəfəlik norma |
Dağıstan turu (təkə) |
27 may 2017-ci il- 14oktyabr 2017-ci il |
1 baş (3 nəfərdən az olmayan qrup ovçulara) |
Qaban (çöl donuzu) |
16 sentyabr 2017-ci il - 16 dekabr 2017-ci il |
1 baş (3 nəfərdən az olmayan qrup ovçulara) |
Dovşan |
11noyabr2017-ci il – 13yanvar 2018-ci il |
2 baş |
Bataqlıq qunduzu (nutriya) |
07oktyabr2017-ci il - 17fevral 2018-ci il (volyerlərdə saxlamaq üçün) |
Nutriya təsərrüfatları olan təşkilatlar |
Cüllüt (ağquyruq, çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla) |
16 sentyabr 2017-ci il – 11 noyabr 2017-ci il |
6 ədəd |
Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla )
|
14oktyabr 2017-ci il – 10 mart 2018-ci il |
1 ədəd |
Ördək (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla) |
14oktyabr2017-ci il – 10mart 2018-ci il |
4 ədəd |
Qaşqaldaq |
14oktyabr2017-ci il – 10mart 2018-ci il |
6 ədəd |
Bununla əlaqədar vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət oluna bilər.