Xəbər verdiyimiz kimi, ölkə prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişib. Həmçinin dövlət başçısı özünə yeni köməkçilər təyin edib.
“Qafqazinfo” xəbər verir ki, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Musavat.com-un əməkdaşının suallarını cavablandırıb və imzalanan sərəncamı şərh edib:
“Bildiyimiz kimi, 2016-ci il sentyabrın 26-da keçirilmiş referendumdan sonra Azərbaycanda səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılması, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsi, həyata keçirilən iqtisadi islahatların effektivliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıb. Hesab edirəm ki, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması, hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması, həmçinin Prezident Administrasiyası başda olmaqla ölkənin idarəetmə sistemi və icra mexanizmində həyata keçirilən mühüm dəyişikliklər qarşıya qoyulan məqsədlərə çatmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır.
Konkret olaraq Prezident Administrasiyasına gəldikdə, deyə bilərəm ki, cənab Prezidentin Sərəncamı ilə həyata keçirilən struktur dəyişikliyi yeni situasiyaya və çağırışlara uyğun olaraq ölkənin ali icra orqanının fəaliyyətində dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədi daşıyır. Qeyd edim ki, mövcud struktur dəyişikliyinə əsasən, ilk öncə Birinci vitse-prezidentin xidməti formalaşdırıldı. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin köməkçilərinin sayı 10-a çatdırıldı. Onlardan 8-i eyni zamanda müvafiq şöbələrə rəhbərlik edirlər.
Bundan başqa, dövlət müşavirliyi institutu və Administrasiya rəhbərinin müavini vəzifəsi ləğv olundu, Administrasiyanın tərkibində 2 yeni struktur bölməsi - Gənclər siyasəti və idman məsələləri, habelə Elektron hökumət şöbələri yaradıldı, bəzi digər şöbələrin funksiyaları və fəaliyyət istiqamətlərinə müəyyən dəyişikliklər edildi.
Əminəm ki, Administrasiyanın yeni strukturu cənab Prezidentin müəyyən etdiyi islahatlar kursunu uğurla reallaşdırılmaq və qarşıya qoyulan vəzifələri daha effektiv şəkildə icra etmək üçün səmərəli mexanizm kimi özünü təsdiq edəcəkdir”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub