Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Bakıdakı 1 saylı uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində keçirilən şənlik həm də bu uşaq evinin sakinlərinin yay düşərgəsinə köçməsi və mövsümün açılışı ilə əlamətdar olub.
Uşaq evinin sakinləri bu məkanda yay mövsümünün ovqatını duydular, müxtəlif mahnılar, rəqslər ifa etdilər, məharətlərini göstərdilər. Leyla Əliyeva şən musiqi nömrələrinin sədaları altında uşaqlarla birgə rəqs etdi. Bir-birindən maraqlı musiqi nömrələrinin ifa olunduğu tədbirin yaddaqalan məqamlarından biri də hamının birgə yallı getməsi olub.
Çay süfrəsi arxasında davam edən tədbirdə Leyla Əliyeva uşaqlarla söhbət edib, onların bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, xatirə şəkli çəkdirib.
Şənliyin sonunda uşaqlara və yay düşərgəsinə hədiyyələr təqdim edilib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub