Azərbaycanda yol polisi əməkdaşı avtomobildə ağır vəziyyətdə olan uşağın həyatını xilas edib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Lənkəran ərazisində yol hərəkəti qaydasını pozan Fikrət Tağıyev, yol polisi, baş serjant Hüseynov Mahiyəddin Mürsəl oğlu tərəfindən saxlanılıb. Sürücü, fiziki qüsurlu olan nəvəsinin sudurğa keçirdiyini bildirib. Uşağın həyatını xilas etmək üçün cərimə yazmayan polis onlara yardım əlini uzadıb. DYP əməkdaşı patrul maşını ilə həmin avtomobilin qarşısına keçərək onu müşayiət edib və tez bir zamanda xəstəxanaya çatdırılmasına çalışıb.
Xeyirxaq yol polisi Hüseynov Mahiyəddin, tibbi yardım göstərilən uşaq özünə gələnə qədər xəstəxananı tərk etməyib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev, artıq məsələnin tam araşdırıldığını bildirib. Xeyirxah inspektor DYP rəhbərliyi tərəfindən mükafatlandıracaq.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub