Teleaparıcı Hacı Nuran prezident ailəsi ilə fotolarını paylaşıb.
Hacı Nuran prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar, prezidentin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevlə birlikdə fotolarını instaqramda paylaşıb. Fotoda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyevin övladları da var.
Hacı Nuranın paylaşıdığı şəkillər sosial şəbəkədə böyük marağa səbəb olub. Teleaparıcı Leyla Əliyeva ilə bir paylaşdığı şəklin altına bunları yazıb: "Leyla Əliyevanın titulları çoxdur... O, ictimai xadim, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir... Lakin mənim fikrimcə, onun başlıca titulu belədir- mərhəmətli və xeyirxah insan... Onun sayəsində neçə-neçə insan həyatı xilas olub... Xeyirxah əməllərini saymaqla bitməz... Var olun".
Tanınmış aparıcı prezidentin ikinci qızı Arzu Əliyevaya da dərin minnətdarlıq hisslərini ifadə edib: “Arzu Əliyeva çox maraqlı insandır. Özünün yaradıcılığı və sənət dünyası var. Sənədli film janrında uğurlu filmlər müəllifi olan Arzu xanım, tarixi mövzulara xüsusi maraq göstərir. Onun "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu", "Əbədi ezamiyyət" adlı filmləri bir çox ölkələrdə maraqla izlənib. İnanıram ki, onun hazırladığı filmlər bundan sonra da vətənimizi bütün dünyada layiqincə təmsil edəcək”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub