Prezident Administrasiyasının humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsindən azad edilən Fatma Abdullazadənin qızı haqda maraqlı məlumatlar var.
Bakipost.az-ın məlumatına görə, sabiq xanım məmurun övladı Məryəm Ələkbərli Fransada tanınmış rəssamdır. M. Ələkbərli 1991-ci il təvəllüdlüdür. O, Fransanın Şarpantye Akademiyasında Tətbiqi Sənət üzrə Ali Məktəbdə təhsil alıb. Məryəm YUNESKO Beynəlxalq Rəssamlar İttifaqının üzvüdür. Onun Azərbaycan, Almaniya, Fransa, Rusiya, Türkiyə və YUNESKO-da fərdi sərgiləri keçirilib.
Hətta onun Parisdə Luvr muzeyində fərdi sərgisi keçirilib. Feysbuk istifadəçilərindən biri paylaşdığı fotonun tarixçəsi haqda yazıb ki, rəsm "Şarpantyedəki qadının portreti” adlanır.
Onun sözlərinə görə, bu rəsm 5-19 may 2013 tarixlərində Qəbələdə keçirilmiş III Beynəlxalq İncəsənət sərgisində nümayiş etdirilib və mükafata layiq görülüb.
M.Ələkbərli özü həmin sərgidə iştirak etmədiyindən mükafatı rəssam Tahir Salahov irəli keçərək şəxsən özü Bakıya gəlib təqdim edəcəyinə söz verib.
T. Salahov Məryəm Ələkbərliyə Tanrı qüdrətindən fitri istedad verildiyi fikrini irəli sürüb.
Qeyd edək ki, gənc rəssam daun sindromundan əziyyət çəkir.



1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub