“YPX əməkdaşı artıq gizli patrul xidmətləri göstərə bilməyəcək”.
Mynews.az xəbər verir ki, ekspert Ərşad Hüseynov bu barədə "Facebook" hesabında yazıb. Ekspertin sözügedən məsələ ilə bağlı paylaşdığı postunu təqdim edirik:
"May ayının 12-də DİN-in Kollegiyası “Yol-patrul xidməti haqqında" yeni Təlimat təsdiq edib. Təlimatda xeyli yeniliklər var. Onların ən maraqlılarından biri xidmətin növləri ilə bağlıdır. Yəqin ki, Nazirlik yol-patrul xidmətində aşkarlığı yüksəltmək məqsədilə və müasir texniki vasitələrin geniş tətbiqini nəzərə alaraq bu xidmətin yalnız aşkar üsulla aparılmalı olduğunu təsbit edib. Başqa sözlə, yeni təlimatda gizli xidmət, hətta qarışıq (yəni yarı aşkar, yarı gizli) xidmət nəzərdə tutulmur. “Yol-patrul xidməti haqqında" yeni Təlimatda digər mühüm bir yenilik hərəkətdə olan nəqliyyat vasitəsinin DYP əməkdaşı tərəfindən saxlanılması halları ilə bağlıdır. Bundan sonra nəqliyyat vasitələri yalnız “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsində nəzərdə tutulan hallarda dayandırıla bilər. Bu isə o deməkdir ki, məsələn, hər hansı başqa səbəb yoxdursa, reyd keçirilməsi adı ilə avtomobili dayandırmaq artıq olmaz".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub