Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Mynews.az-a bildirilib ki, iyunun 4-dən 6-dək “Qaz İxrac” İdarəsinin balansında olan “Astara-Qazıməmməd” və “Qaradağ-Şimal DRES” magistral qaz kəmərləri üzərində tənzimləyici qurğuların quraşdırılması, qaz sızmalarının ləğvi və cari təmir işləri ilə əlaqədar adı çəkilən qaz kəmərlərində qaz təchizatı dayandırılacaq. Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.
“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub