Bakı şəhərində hərəkət edən bütün marşrut avtobuslarının hər gün texniki baxışdan, eləcə də sürücülərin tibbi müayinədən keçirilməsi üçün istehsalat bazasının olması mütləqdir.
Mynews.az bildirir ki, Bakı Nəqliyyat Agentliyinin bu tələbindən sonra paytaxta daha bir istehsalat bazası fəaliyyətə başlayıb. Ümumilikdə isə bu, 4 cü istehsalat bazasıdır.
Bundan sonra 4,40,88, 100, 133, 165, 179, 184, 189, 202 saylı olmaqla 10 marşurut xətti üzrə 200 -ə yaxın avtobus hər gün texniki baxışdan keçiriləcək.
Belə istehsalat bazasında həkim otağı da fəaliyyət göstərir ki, burada hər gün sürücülər tibbi müayinədən keçir və yalnız müvafiq arayış aldıqdan sonra xəttə çıxırlar.
Agentliyin marşrut avtobusları sahibkarları qarşısında qoyduqu digər bir tələb isə avtobuslarda havalandırma sistemi və kondisonerlərin olmasıdır. Bu tələb də çox az sayda avtobusda yerinə yetirilib.
Bakı şəhərində fəaliyyət göstərən bütün avtobusların nə zamandan havalandırma sistemi və kondisonerlə təchiz ediləcəyini demək isə mümkün deyil. /xezerxeber.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub