Azərbaycanda tam orta təhsil pilləsi üzrə bir şagirdə düşən illik xərc artırılacaq.
Mynews.az Modern.az-a istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.
Planda 12 illik ümumi təhsil sisteminə keçid mexanizminə dair təkliflərin hazırlanması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi üçün metodologiyanın hazırlanması və mövcud hesabatvermənin təkmilləşdirilməsi və təhsil xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərə alınması qeyd olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub