"Həkimə deyirdi ki, məni boş-boşuna müalicə eləməyin" Mərhum şairin ölümünün şok TƏFƏRRÜATLARI - VİDEO

793
"Həkimə deyirdi ki, məni boş-boşuna müalicə eləməyin" Mərhum şairin ölümünün şok TƏFƏRRÜATLARI - VİDEO

ARB TV-nin "Yolun sonu" verilişi bu dəfə mərhum aktyor, şair Sərvər Şahbəyliyə həsr olunub.

Proqramda ailə üzvləri ilə yanaşı yaxın dostları və sənət yoldaşları da onun haqqında danışıblar.

Sabir Məmmədov - Əməkdar artist: "Yaşda da bir yaş məndən böyük idi, Üniverstetə də gec girmişdi. Nəyə görə deyirəm bunları, çünki, hamı onu tanıyırdı. "Şəhərli biçinçilər" filmi var idi. Mən o filmdə çəkilirdim. Rəhmətli Səməndər Rzayev də o filmdə idi. Sərvər Səməndər müəllimin yanına gəlmişdi. Yadımda deyil, ammag , diyəsən, çəkildi orada. Aktyor olmağa böyük həvəsi var idi. Onun sözlərinə həddən artıq çox mahnı bəstələnib. Bizim populyar müğənnilərimiz onunla işləyiblər. Bir dəfə dedi ki, Əzizə xanım Bakıya gəlib məni axtarır. Onun da mahnısına şeirlər yazırdı. Qisməti elə gətirdi ki, aktyorluqdan çox şair oldu. Bilmirdim onun şeir yazmağını. İlk dəfə Səməndər Rzayevə həsr elədiyi şeiri oxudu, bundan sonra bildim ki, şeir yazır. Xəstəxanada görüşünə getmişdim. Dedi ki, bu yaxınlarda çıxıb, rayona gedəcəm. Həkimlər deyir ki, buranın havası düşmür. Həkimlər də hiss etmişdi ki, vəziyyəti ağırdı. Allah rəhmət eləsin. Studiyada idim, birdən gözüm Facebook səhifəsində ölümə həsr olunmuş şeirini oxudum. Sən demə, həmin gün rəhmətə gedibmiş".

Fidan Damadayeva - Həyat yoldaşı: "İlk ailəsi ilə anlaşa bilməmişdilər. O xanımla 3 il yaşadı. Səməndər adında bir oğlu da var. O xanım da yaxşı xanımdır. Eşitdiyimə görə o xanım bir az ərköyün böyümüşdü. Sərvər müəllim də bir az ərköyün böyümüşdü. Hədsiz övladlarını çox istəyirdi. Sərvər müəllim 3 il subay olandan sonra mənlə tanış oldu. Təsadüfi qarşılaşdıq. Uca boyu, saçları, gözəl gözləri, baxışı cəlb etmişdi. Sevirdi saçlarını. Oğlumun imtahan tamaşasında əyləşən müəllimlərdən biri də Cənnət xanım idi. Atası əvvəlcədən hazırlaşdırmışdı. Sual verir, sual bitməmiş cavab verir. Təəccüblü qalır və deyir ki, səni kim hazırlaşdırıb? Deyir ki, Sərvər Şahbəyli. Cavab verib ki, get atanı təbrik elə. Sevincindən ağlamışdı. Sevirdim. Bütün ailələrdəki kimi anlaşılmazlıq olurdu. Mən sonradan başa düşdüm ki, tanrı tərəfindən istedad verilən insanları hər adam anlaya bilmir. Oğluna deyirdi ki, mən şanslarımdan istifadə etməmişəm, çalış sən et. Çox gözü tox idi. Olub evimiz, amma qeyri-adi şeylərdə gözümüz olmayıb. Yad bir insan deyirdi ki, mənə pul lazımdı, çıxarıb verirdi. Biz ac qalardıq, amma dilənməzdik. Deyirdi ki, ehtiyacı var istəyibdir. Axırıncı qəpiyinə kimi verərdi. 1997-ci ildə Sərvər müəllim Neft daşlarında tədbirə dəvət olunmuşdu. Orada da nəmişlik çoxdur. Oraya getdi, gəldi ayaqları tutuldu. O qədər ağrıyırdı ki, müalicələr də kömək olmadı. Həkim dostuna deyirdi ki, boş-boşuna məni müalicə eləməyin. 1 həftə rayonda yeyirdi, danışırdı, zarafatlarından qalmırdı. Bir gün hava rütubətli oldu. 2 gün qaldı, dünyasını dəyişdi. 2 dəfə gözünü açıb-yumdu, danışmırdı. Böyük bacısı yanımda idi, o, əli ilə gözünü örtdü. Deyirdi ki, gedək Bakıya, neynirik burada. Oğlumun suallarına cavab verə bilmirəm. Məni danlayır ki, niyə mənə demədin, bilirdin, yanında olardım. Ona 1-ci ailəsindən uzaq düşmək pis təsir etmişdi. Bizi də itirməkdən qorxurdu".

Rəfail Şahbəyli - Oğlu: "Ata-oğul kimiydi. Tam dost kim deyildik. O pərdə olmalıdı. Ama dost kimi də yaxşı dost idi. Uşaq vaxtından incəsənəti istəmişəm, aktyorluğu. Özü də aktyor olduğu üçün oradan gəlir. Evdə həmişə filmə baxanda soruşurdum ki, filan aktyor kimdi. Çox böyük maraq yarandı. 2016-cı ilin noyabr ayı idi. Ayaqları şişdi, apardıq xəstəxanaya. Reanimasiya şöbəsinə köçürdülər, vəziyyəti ağır idi. 3 gün orada qaldı. Birinci dəfə çıxıb gəldi, şeir yazdı. Fikrində var idi, gəldi yazdı. Qəbul edə bilmirəm. Simvolik olaraq deyirik, deməliyik. Amma qəbul edə bilmirəm. Normalda başım qarışır universitetdə qrup uşaqlarına. Yadıma düşəndə pis oluram. Tam anlada bilmirəm. Bilmirsiz uzağa gedib, yaxına gəlib".

Sərdar Fərəcov - Azərbaycan Bəstəkarlar İttifaqının katibi: "Sərvəri mən qiyabi olaraq tanıyırdım. Bir istedatlı aktyor kimi onun səsi tez yayıldı. Özü də ürəkli oğlan idi. Bağlandığı insanlara bütün qəlbi ilə bağlanırdı. Hərəkətlərində ürəyinin diqtəsi ilə yaşayırdı. "Qoşulaq uçaq durnalara" mahnısı var idi. Gözəl sözlər, obraz vermişdi. Həyatda heç kimdən mənfəət ummazdı. Özü öz qazancından, mənfəətindən keçə bilərdi. Yoldaşlıq, dostluq xətrinə o, addımlar ata bilərdi. Öz mənafeyinə görə heç bir iş görmədi. Lakin qəlbinə qulaq asmaq onu başqalarından fərqləndirdi. Deyim sizə ki, o, nə vaxtsa güzəranından şikayət edib? Yox. Mən onun evində olmamışam, amma o, evinin yerini deyəndə ki hansı ünvandadır, bilirdim ki, normalda o tərəflərdə heç kim yaşamır. Şikayət etmirdi".

Xəbər lenti