Motosiklet sevgisi sonu oldu DƏHŞƏTLİ QƏZADA ÖLƏN VƏKİLİN FOTOLARI - VİDEO

824
Motosiklet sevgisi sonu oldu DƏHŞƏTLİ QƏZADA ÖLƏN VƏKİLİN FOTOLARI - VİDEO

Bu gün motosikleti ilə dəhşətli qəzaya düşən və hadisə yerindəcə keçinən vəkil Toğrul Mirzəzadə bir neçə ildir moto istifadə edirmiş. Lent.az xəbər verir ki, vəkilin feysbuk profilində yerləşdirdiyi şəkillərdən  məlum olur ki, o, motosiklet vəvəskarıdır və illərdir, bu minik vasitəsindən istifadə edir. Fotolardan məlum olur ki, motosiklet həvəskarlarından ibarət çevrəsi ilə müxtəlif rayonlara da səfər edən vəkil bu nəqliyyat vasitəsinə xüsusi sevgisi olub. 

Bu sevgi isə bu gün təəssüf ki, onun ölümünə səbəb olub. Vəkilin motosikleti ilə çəkilmiş şəkillərini təqdim edirik. 

Allah rəhmət eləsin. 

**

19:10

Xətai rayonu Zığ dairəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA Tv-nin məlumatına görə, tanınmış vəkil, Milli Televiziya və Radio Şurasının hüquq şöbəsinin əməkdaşı Toğrul Mirzəzadə 10-A-919 dövlət nömrə nişanlı motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib. Motosiklet hərəkətdə olan 90 FL 361 dövlət nömrə nişanlı "Qazel" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində vəkil Toğrul Mirzəzadə dünyasını dəyişib. Hadisə şahidləri APA TV-yə açıqlamasında motosiklet sürücüsünün başında qoruyucu dəbilqə olduğunu deyiblər. Yerdə qalmış motosikletin sürücüsünə kömək etmək istəsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

"Qazel"in sürücüsü baş verən qəzada günahı olmadığını deyib: "Mən sola dönürdüm, məni vurub getdi".

Motosiklet zərbədən qəza baş verən yerdən təxminən 30 metr kənara düşüb. Qəzaya uğrayan şəxsin vəkil Toğrul Mirzəzadə olduğunu APA Tv-yə hadisə yerində olan BDYPİ əməkdaşları deyiblər. Onlar bildiriblər ki, qəzada ölən sürücünün sağ qoltuq cibində Vəkillər Kollegiyasının üzvlük vəsiqəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti