Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası baş tutub.
Bu haqda teleaparıcı Hacı Nuran xəbər verib. O bildirib ki, bu gün səhər saat 8:00-da "Hatha-Yoqa" sessiyası, 9:00-da isə "Sri Sri Yoqa" sessiyası olub.
Açıq hava yoqa sessiyası "Yoga Shahi" studiyasının təcrübəli müəllimləri Yelena Səfərova və general Elçin Quliyev tərəfindən keçirilib.
"Saat 8:00-da 10 ildən çox təcrübəsi olan, 2009-cu ildə Polşadakı Beynəlxalq Şivananda yoqa kurslarını bitirərək yoqa müəllimi adına layiq görülmüş Elçin Quliyevin iştirakı ilə yoqanın klassik növü olan "Hatha-Yoqa" sessiyası, saat 9:00-da isə "art of life" fondunun təmsilçilərindən biri olan Yelena Səfərovanın iştirakı ilə "Sri Sri Yoqa" sessiyası təşkil edilib" deyə, Hacı Nuran bildirib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub