Orxan Mansurzadə: Reydlərlə bağlı hər hansı bilgiləri varsa, DİN-in aidiyyatı xidmətlərinə təqdim edə bilərlər
Vətəndaşların nigah haqqında şəhadətnamə təqdim etmədikləri təqdirdə mehmanxanalarda, digər istirahət mərkəzlərində polis əməkdaşları tərəfindən qəfil reydlərin və yoxlamaların keçirilməsi barədə yazılara Daxili İşlər Nazirliyindən münasibət bildirilib.
DİN Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə Bizimyol.info saytına açıqlqamasında deyib ki, səslənmiş iddiaların heç bir məntiqi və hüquqi əsası yoxdur.
"Araşdırma kimi təqdim olunan, ümumilikdə polisə yönəlmiş ittiham xarakterli fikirlər əslində kimlərsə tərəfindən səsləndirildiyi bilinməyən, daha çox şayiə, qeybət xarakterli, konkret heç bir fakta, dəlil-sübuta söykənməyən dezinformasiyalardır.
Qeyd etməyi lazım bilirik ki, nə Nazirliyin aidiyyatı qurumu, nə də ərazi polis orqanlarının əməkdaşları tərəfindən respublikamızın müxtəlif bölgələrində yerləşmiş otellərdə, digər istirahət mərkəzlərində sözügedən "araşdırma" materialında göstərilmiş şəkildə hər hansı reyd və ya yoxlama aparılmır, buna görə də hansısa mehmanxana sahibləri, turizm sahəsində fəaliyyət göstərən sahibkarlar cərimə olunmur. Əgər yazı müəllifləri iddia etdikləri reydlərlə bağlı hər hansı bilgiyə, konkret fakta malikdirlərsə, o zaman həmin məlumat(lar)ı müvafiq araşdırmanın aparılması üçün Daxili İşlər Nazirliyin aidiyyatı xidmətlərinə təqdim edə bilərlər. Əgər belə informasiya yoxdursa, iddialar yalan və böhtan xarakterlidirsə, o zaman xatırlatmaq istərdik ki, mövcud qanunvericiliyin tələblərinə görə onların anonim xarakterli, heç bir rəsmi qurumla dəqiqləşdirilməyən həqiqətdən uzaq fikirləri ümumilikdə polisin işgüzar nüfuzuna və imicinə qəsdən xələl gətirən məlumatlar hesab edilir ki, bu da məsuliyyət doğurur" - deyə O.Mansurzadə bildirib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub