Bazarlarda satılan ucuz məhsulların keyfiyyətsizliyi haqqında dəfələrlə sujetlər çəkib xəbərdarlıq etmişik. Amma buna baxmayaraq həmin məhsulları alıb istifadə edənlərin sayı kifayət qədər var . Bu dəfə isə bazardan alınan yuyucu toz 5 nəfərlik ailənin bədəninə yara salıb.
Mynews.az xəzərxəbər-ə istinadən xəbər verir ki, bazardan alınan yuyucu toz bir ailənin 5 üzvünün bədəninə yara saldı.
İlahə Şirinova ucuz qiymətə aldığı yuyucu tozla paltarları yuduqdan sonra ailə üzvlərinin bədənində qaşıntı yarandığını , yaralar çıxdığını görüb. İlk baxışdan yedikləri yeməkdən allergiya verdiklərini düşünsələr də sonra marketdən aldıqları ilə bazardan alınanı müqayisə edəndə qaşıntıların nədən yarandığını biliblər.
Əvvəllər də ucuz olduğu üçün bu yuyucu vasitələri yol kənarı maşınlardan və bazarlardan alan zərərçəkən, indi heçkimə bir iki manat fərqə aldanmamağa çağırır. İndi yüzlərlə insan ucuz vasitələrə üstünlük versə də, nəticələri bundan da pis ola bilər.
Həkimlər isə son zamanlar belə ucuz məhsullarda allergiyaların tez tez baş verdiyini deyirlər. Hətta bu məhsullar ömürlük xəstəliklərə belə səbəb ola bilər.
Qiyməti ucuz olan belə məhsulların açıq şəkildə bir çox yerlərdə və xarici brendlərin adı ilə satılması insanların özünə daha da çəkir. Azad istehlakçılar birliyinin sədri Eyyub Hüsəynov belə məsələlərdə vətəndaş haqlı olduğunu sübut edərsə istehsalçıdan ona dəyən maddi və mənəvi ziyanı tam tələb edə biləcəyini deyir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub