Havaların isinməsinə baxmayaraq, hələ də sakinlərdən istilik pulu alınır. Halbuki iki aya yaxındır ki, rəsmi olaraq istilik mövsümu başa çatıb.
Mynews.az Xezerxeber.az-a istinadən məlumat verir ki, söhbət paytaxtın Nərimanov rayonu Səməd Vurğun küçəsi 138 ünvanındakı hündürmərtəbəli binadan gedir. Aprel ayının 15-də istilik mövsümü başa çatsa da, sakinlərindən bu xidmətə görə pul tələb edirlər. Sözügedən ünvanda yaşayanlar deyir ki, əvvəllər evin bir kvadratmetr sahəsinə görə 56 qəpik ödəniş ediblər. Bir il müddətində 200 ailənin yaşadığı binada komunal ödənişləri yığan, ''Xəzər Servis'' MMM əməkdaşları əvvəlcə bir qiymət, daha sonra isə başqa bir məbləğ tələb ediblər. Hətta bununla bağlı binanın girişinə və liftə də məlumat yazıb vurublar.
Sakinllər iddia edir ki, şirkət əməkdaşları onlara kabel televizyasının ödənişində də artıq məbləğ tələb edir. Hətta iki dəfəyə qədər artıq olduğunu belə deyənlər var.
Sakinlərin sözlərinə görə, dəfələrlə həmin ''Xəzər Servis'' MMM-ə bununla bağlı narazılıq ediblər. Hətta məsələ ilə bağlı rayon icra hakimiyyətinə belə yazlı şəkildə məlumat veriblər.
Binanın komendantı Əsgər Ağayev bildirib ki, qiymətlər sakinlərin dediyi kimi artmayıb. Müəyyən qədər artım da bəzi xərclərin çoxalması ilə əlaqədardır.
Ekspertlər isə burda çıxış yolu kimi tövsiyə edirlər ki, sakinlər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təsis etsinlər. Belə olduqda qanunla ödəniləcək məbləği həmin cəmiyyət yığacaq.
1
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1209 dəfə oxunub
2
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib
1048 dəfə oxunub
3
Azərbaycanlı müəllimə bu geyiminə görə cəzalandırıldı - Şagirlərin qarşısına uyğunsuz paltarda çıxıb
1022 dəfə oxunub
4
“Övladlarım var-dövlətimi əlimdən alıb”
1006 dəfə oxunub
5
Magistraturaya sənəd qəbulu başa çatır
982 dəfə oxunub