Bakı və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu, yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 16-19° isti, gündüz 25-30° isti, Bakıda gecə 17-19° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub