Bakıda Sədərək Ticarət Mərkəzində üzərində “Kürdüstan”ın xəritəsi və PKK terror təşkilatının bayrağı əks olunan maykalar satılır.
Avropa.info xəbər verir ki, etiketlərində Türkiyədə istehsal olunduğu qeyd edilən maykalar hərbi geyim formasında tikilib. Ehtimal olunur ki, bu maykalar ya Türkiyədə kustar üsullarla istehsal olunub, ya da başqa bir yerdə tikilərək üstünə Türkiyə etiketləri vurulub.
Bu maykaların hansı yolla Azərbaycana gətirildiyi bilinmir. Ancaq onu deyə bilərik ki, həmin geyimlər heç bir məhdudiyyət olmadan açıq şəkildə satılır.
“Böyük Kürdüstan” yazılan bu geyimlərin üzərindəki xəritədə Türkiyə, İraq, Suriya və İranın bir hissəsinə iddia edilir. Qeyd edək ki, bu həmin maykaların Azərbaycanda satışa çıxarılması qorxulu tendensiyadan xəbər verir.
Bu cür geyimlərin satılması siyasi və etnik təbliğat üçün nəzərdə tutulur.
Qeyd edək ki, PKK terror təşkilatının “Kürdüstan” xülyasında təkcə Türkiyəyə deyil, Azərbaycana da ərazi iddiaları əsas yer tutur.
Hesab edirik ki, bu cür geyimlərin ölkəyə gətirilməsi və satışının təşkilini hüquq-mühafizə orqanları araşdırmalıdır.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub