Dövlət İmtahan Mərkəzi “Facebook” istifadəçilərinə müraciət edib.
Mynews.az-ın məlumatına görə, DİM-dən xəbər verilib ki, aparılan araşdırmalar və qurumun səhifəsinə ünvanlanmış çoxsaylı müraciətlər nəticəsində “Facebook” sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və qrupların fəaliyyət göstərdiyi müəyyənləşib.
Həmin səhifə və qruplarda imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də, DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.
Mərkəz istifadəçilərin nəzərinə çatdırır ki, DİM-in bu səhifədən (https://www.facebook.com/stateexamcenter/ ) başqa heç bir rəsmi “Facebook” səhifəsi fəaliyyət göstərmir: “Yalnız bu səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta “Facebook” səhifələrindən istifadə etməyəsiniz”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub