Bakıda telefon dükanlarının birindən ikinci əl telefon alan şəxsin aldığı telefon oğurluq çıxıb.
Mynews.az xezerxeber.az-a istinadla xəbər verir ki, “28 May” metrosu yaxınlığındakı dükanlardan birindən 310 manata telefon alaraq qayınatasına hədiyyə edən şəxsə polisdən zəng gəlib ki, telefon oğurluqdur. Çox çəkməyib ki, həmin telefon vətəndaşdan alınıb. İndi həmin şəxs bir aylıq zəmanət kartı ilə pulunu mağazadan ala bilmir.
Mağazanın sahibi Cavid Mövsümov bildirib ki, telefonu bir nəfərdən şəxsiyyət vəsiqəsinin sürəti ilə alıblar. Onun oğurluq olmasından xəbərləri olmayıb.
Hadisə ilə bağlı Dəmir Yolu Nəqliyyatında Polis idarəsində araşdırma aparılır.
Ətraflı materialı təqdim edirik:
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub