“Azərbaycan mədəniyyətlərarası dialoqun yaradılmasına böyük əhəmiyyət verir. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bir neçə beynəlxalq yarışlar, tədbirlər keçirilib. Bu gün Azərbaycan iqtisadi dayanıqlığa əsaslanan ölkədir. Ölkədə insan hüquq və azadlıqları təmin edilib”.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında deyib.
F.Ələsgərov vurğulayıb ki, Azərbaycan iqtisadi dayanıqlığa əsaslanan ölkədir: “Ölkədə insan hüquq və azadlıqları təmin edilib”. O bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır.
Prezidentin köməkçisi xatırladıb ki, ölkədə bir sıra sosial layihələr həyata keçirilib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub