“Stress insanda psixo-fizioloji dəyişimdir və bu, birbaşa orqanizmə zərər vurur. Onunla mübarizə isə individualdır”.
Mynews.az xəbər verir ki bunu SİA-ya açıqlamasında Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.
Onun sözlərinə görə, stresə qarşı istifadə edilən preparatlar və digər süni vasitələr orqanizmdə fəsadlar törədə bilər: “Gündəlik həyatımızda stress və gərginlik qaçılmaz haldır. Gərgin günün sonunda istər-istəməz hər kəsdə stress
yaranır. Ona görə, hər kəs stresə qarşı sağlam həyat tərzi keçirməlidir. Hansısa pereparatlar və ya əldə oyuncaq kimi istifadə edilən süni vasitələr insanlarda asılılıq yarada bilər. Belə preparatlar birbaşa həkim nəzarəti ilə yazılmalıdır. Əks halda fəsadlar qaçılmazdır. Bu üsullar qeyri-sağlam yoldur. Belə olanda zaman keçdikcə daha ciddi psixoloji xətəliklər yarana bilər. Onların əvəzinə insanlar normal qidalanmalı, təmiz havada çox olmalı, idmana üstünlük verməli, yaxınları, sevdikləri ilə daim təmasda olmalıdır. Sağlam yolla stresdən uzaq olmaq daha məsləhətlidir. Sevgi və diqqət stresə qarşı ən gözəl vasitədir. Stresdən qurtulmaq üçün psixoloqa da müraciət etmək məsləhətdir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub