Əksər supermarketlərdə çəkilmiş ət özündən 3-4 manat ucuz satılır. Halbuki ət sümükdən ayrıldıqda və çəkildikdə sahibkar bunu daha yüksək qiymətə satmalıdır. Amma reallıqda bunun əksi müşahidə edilir. Bəs görəsən, səbəb nədir?
Mynews.az Xəzər Tv-yə istinadən məlumat verir ki, ətin 1 kiloqramı 14 manat 49 qəpik və 11 manat 29 qəpikdən təklif edilir. Çəkilmiş ətin kiloqramı isə uyğun olaraq 10 manat 79 qəpik və 8 manat 99 qəpikdır.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən isə bildirildi ki, ətin özündən ucuz olan çəkilmiş məhsulda əlavə hansısa qatqı ola bilər. Yaxud da mənşəyi bəlli olmayan ət də ola bilər.
Mövcud qaydalara görə, ət yalnız alıcının, yaxud da baytar həkimin yanında sümükdən ayrılıb çəkilə bilər. Bununla yanaşı, çəkilmiş ətin baytarlıq arayışı da olmalıdır. Həmin sənəddə nə əti olması və hansı səbəbdən çəkilməsi göstərilməlidir. Qurumdan məsləhət görüldü ki, çəkilmiş ət alan vətəndaşlar mütləq həmin arayışı satıcıdan tələb etsinlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub