Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızı və "Nargis” nəşriyyat evinin təsisçisi Ülviyyə Mahmudova xarici ölkədə aldığı təhsil illərini yada salıb.
Mynews.az xəbər verir ki, Ü.Mahmudova "Facebook" hesabında yeddi yaşından bəri xaricdə yaşadığını qeyd edib. İzləyiciləri ilə həyatı haqqında maraqlı məqamları bölüşən Ü.Mahmudova Bakının onun üçün xüsusi şəhər olduğunu da gizlətməyib: "Əvvəlcə Türkiyədə, sonra Londonda. Mən Bakı mentaliteti, buradakı həyat haqqında heç nə bilmirdim. Mənim həyata tamamilə başqa yanaşmam, fərqli vərdişlərim vardı. Azərbaycana ildə iki dəfə gəlirdim, yayda və Yeni ildə. Demək olar ki, evdən heç yerə çıxmırdım, vaxtımı ailəmin əhatəsində keçirirdim. Bura necə gəldim? Bu, Londonda adi günlərdən biri idi. Bakalavrı bitirdim, magistraturaya sənəd verdim. Yuxudan oyandım pəncərədən baxdım. Məsələ ondadır ki, London həmişə yağışlı və dumanlıdır. Pəncərədən baxdım və başa düşdüm ki, bu dəhşətli havadan bezmişəm artıq, Bakıya getmək lazımdır. Yarım günə əşyalarımı yığdım, həftə sonu idi və tam əminliklıə uçdum ki, birinci gün qayıdacam. Mənim magistura təhsilim vardı və ən azı iki il İngiltərədə qalmalı idim... Bəli, mən iki günlük getmişdim, amma dörd ildən sonra qayıtdım. Bu dörd ildə mən bir dəfə də olsun Londona getmədim. Mənim geri qayıdış biletim vardı, amma mən ondan heç vaxt istifadə etmədim. Mənim üçün nə qədər gözlənilməz olsa da, Bakıda yeni həyata başladım. Hər şey sıfırdan. Hətta dörd ildən sonra belə hansısa səbəbdən qaytmışdım, ya kiminsə ad gününə, ya da işlə bağlı idi...
Bacım Londondan Bakıya və geri uçur. Ancaq mənim ora ilə heç bir əlaqəm qalmayıb. Artıq başa düşəndə ki, ora qayıtmaq istəmirəm, Britaniya nömrəmi söndürdüm və əvvəlki çevrəmlə əlaqə saxlamadım... Mən ətrafa baxırdım və mənim üçün yeni olan həyatı başa düşməyə çalışırdım. Xatırlayıram, uşaqlıq dostlarımla, oğlanlarla gəzintiyə çıxırdım. Mənim üçün bu normal idi, lakin o illər üçün bu, nədənsə cəsarətli addım hesab olunurdu. Guya ki, qız oğlanla çıxırsa, deməli, onlar arasında nə isə var. Düzdür, indi normal hesab edilir... Azərbaycanda məndə çatışmayan istilikdir, hətta bir neçə həftəlik belə buranı tərk etsəm, fərqi yoxdur hara. On gün sonra artıq evə qayıtmaq istəyirəm. Bu qəribə hissdir, sən sadəcə olaraq bilirsən ki, sənin burada evin var”.
Xatırladaq ki, "Nargis” nəşriyyat evinin baş redaktoru bu sözləri bir neçə ilə əvvəl bu jurnala verdiyi müsahibəsində etiraf edib.