Naxçıvan Muxtar Respublikasına yeni maliyyə naziri təyin edilib. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov Xalid İsgəndərovu bu vəzifədə əvəz edib.
Mynews.az xəbər verir ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən fins.az-a verilən məlumata görə, Səbuhi Hidayət oğlu Məmmədov 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Ali iqtisadi təhsillidir. Əmək fəaliyyətinə başladığı müddət ərzində bank sistemində müxtəlif vəzifələrdə işləyib.
1991-ci ildə Aqrar-Sənaye Bankının Şərur şöbəsində mütəxəssis olaraq başlayıb, ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, “Kapital Bank”ın Şərur filialının müdiri, Aqrarkredit Təşkilatı Naxçıvan filialının müdiri, “Kapital Bank”ın Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib. 2007-ci ilin yanvar ayından isə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri işləyib.
2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
6 fevral 2017-ci il tarixdən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub