Azərbaycanda məscidlərin elektron axtarış xəritəsi hazırlandı
“GoMap” Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytı üçün Azərbaycan məscidlərinin axtarış xəritəsini təqdim edib.
Mynews.az-Report-a istinadən xəbər verir ki, QMİ-nin təqdim etdiyi siyahı üzrə GoMap.az layihəsi tərəfindən hazırlanmış axtarış xəritəsi ölkədə rəsmi qeydiyyatda olan və hazırda fəaliyyət göstərən məscidlərin dəqiq ünvanları haqda məlumat verir.
İnteraktiv axtarış xəritəsini açmaq üçün QMİ-nin rəsmi internet saytının (www.qafqazislam.com) “Məscidlər” bölməsinə daxil olmaq tələb olunur.
Xəritədən istifadə etməklə istənilən məscidə tərəf hərəkət edən marşrut nömrələrini, habelə yaxındakı ictimai nəqliyyat dayanacaqları haqda məlumat əldə etmək olar.
Mobil istifadəçilər xəritəni açmaq üçün m.gomap.az/qafqazislam keçidindən yararlana bilərlər.
Hazırda bu keçid “Android” və “iOS” əməliyyat sistemlərini dəstəkləyən smartfonlar üçün nəzərdə tutulub. GoMap.az portalından verilən xəbərə görə, bir neçə ay içində mobil istifadəçilər xəritəni birbaşa QMİ-nin rəsmi saytından aça biləcəklər və xəritə “Android” və “iOS” ilə yanaşı, “Windows” əməliyyat sistemlərini də dəstəkləyəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub