Türkiyədə özbək sevgilisi Feride Bayramovanın evində başından vurulmuş vəziyyətdə tapılan Prezident Mühafizə İdarəsinin polisi Ramazan Özçelikin ölümüylə əlaqədar şübhələr artır.
Prezident Mühafizə İdarəsinə 2016-cı ilin iyun ayından etibarən işə başlayan polis məmuru Ramazan Özçelik (24), keçən bazar ertəsi, saat 14.30 radələrində Özbəkistan əsilli sevgilisi Feride Bayramovanın (25) İstanbulun Bəylikdüzü ərazisində yerləşən evində başından vurulmuş vəziyyətdə tapılmışdı.
Ahıska türkü olan, İnönü Universiteti Əczaçılıq Fakültəsinin tələbəsi Fəridə Bayramova "rus ruleti" təhlükəli oyununun videosunu izlədikdən sonra sevgilisinin başına dayadığı silahdan atəş açaraq onu öldürüb. Nəzarətə alınan Bayramova sonradan sərbəst buraxılıb. Ancaq çantasından çıxan 1 dollarlıq "F" serialı barkod və adına olan 4 ayrı mobil telefon nömrəsi səbəbiylə yenidən nəzarətə alınaraq İstanbul Terrorla Mübarizə İdarəsinə təhvil verilib.
İstintaq dərinləşdirildikdən sonra özbək əsilli qadının yenidən ifadəsi alınıb. Polis məmuru ilə 2016-ci ilin avqust ayında bir tanışlıq saytında tanış olduqlarını deyən Bayramova "Birlikdə olmağa başladıq. Evi də Özbəkistanda həkim olan anam və atamın köməyi ilə aldım. 4 telefon nömrəsi, mənim və ailəmin istifadə etdiyi nömrələrdir. 1 dollarlıq barkod isə atamın göndərdiyi pullardan biridir" deyib.
Bayramova hadisə günü yaşananları isə belə izah edib: "Ramazan mobil telefonumdan izlədiyimiz "rus ruleti" videosundan sonra "Elə yox, belə oynanırlar" deyərək silahı başına söykədi. Ona mane olmaq istədim. Silahdan atəş açdı. Gözlərimin qarşısında həyatını itirdi".
Bayramovanın ifadəsində Ramazan Özçelikin əvvəllər də "rus ruleti" oynadığını, lakin belə bir halla heç vaxt qarşılaşmadıqlarını söylədiyi məlum olub.
Milli.Az