Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİDYPİ) Növbətçi Hissəsinin sürücüsü, polis serjantı Əliş Kərimov vəzifəsindən azad edilib.
Mynews.az-ın xəbərinə görə, Bu barədə Report-un sorğusuna cavab olaraq BŞBPİDYPİ-dən məlumat verilib.
Məlumata görə, Ə.Kərimovdan izahat alınıb, xidməti yoxlama aparılıb.
O, vəzifə borcunu yerinə yetirərkən işinə qarşı laqeyd münasibət bəslədiyinə görə polis sıralarından xaric edilib.
Qeyd edək ki, fevralın 2-dən 3-nə keçən gecə Ə.Kərimov ona təhkim olunmuş "90-YP-460" dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobili küçədə saxlayaraq ərazidən uzaqlaşıb. Avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsusdur. Ə.Kərimov Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.
1
Prezident ailəsinin Trampla FOTOLARI
1139 dəfə oxunub
2
Prezident tarixi sənədi imzaladı – VIDEO
1109 dəfə oxunub
3
"Fənərbağça"dan "Qarabağ"ın azərbaycanlı futbolçusu üçün 10 milyonluq TƏKLİF
1053 dəfə oxunub
4
Zəhra Quliyeva və polkovnik Mədət Quliyev ayrıldı
1027 dəfə oxunub
5
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1008 dəfə oxunub