İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, mərkəzin səhnəsində qoyulan cənazənin ətrafına Azərbaycan Prezidentindən və digər ünvanlardan göndərilən əklillər düzülüb.
Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.
Mərasimin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.
N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.




1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub