Azərbaycanda birinci Qədr (əhya) gecəsi iyunun 13-dən 14-nə keçən gecə qeyd olunacaq.
Mynews.az Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan təqviminə əsasən xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-cu gününə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Azərbaycanda ikinci Qədr gecəsi iyunun 15-dən 16-na (Ramazan ayının 20-dən 21-ci gününə), üçüncü Qədr gecəsi iyunun 17-dən 18-nə (Ramazan ayının 22-dən 23-cü gününə), sonuncu Qədr gecəsi isə iyunun 21-dən 22-nə keçən gecəyə (Ramazan ayının 26-dan 27-ci gününə) təsadüf edir.
Ramazan bayramı isə iyunun 26-sı və 27-də qeyd olunacaq.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub