Ötən gün quldurluq üstündə yaxalanan gənc qızın yeni fotoları yayılıb.
Mynews.az A24.Az-a istinadən xəbər verir ki, gözəlliyi ilə daha çox diqqət çəkən Səidə Kərimova sosial mediada gündəm olub. İnsanlar gənc və gözəl qızın belə çirkin əməl üstündə yaxalanmasına heyfslənir, bu əməlin onun simasına yaraşmadığını deyir.
Qeyd edək ki, Səidə Kərimova quldurluğu tanışı İsrafil Hüseynovla birgə törədib. Belə ki, dostlar 37 yaşlı İsayeva Yeganə Sabir qızını metronun çıxışında izləməyə başlayıblar və "Neftçilər” metrostansiyası yaxınlığında, Rüstəmov küçəsindəki binanın girişində ona hücum edərək pulqabısını əlindən alıblar. Lakin Yeganə İsayeva cəld tərpənərək Səidə Kərimovanın saçlarından tutmağı bacarıb. Ətrafa toplaşan insanların köməkliyi ilə o, polisə təslim edilib. Hadisə yerindən qaçan İsrafil Hüseynov isə 1 gün sonra ələ keçib.
Cütlüyün ələ keçirmək istədiyi pulqabında cəmi 6 manat nağd pul və bank kartları olub.



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub