Şirvanda iki nişanlı qız evdən qaçması barədə xəbər vermişdik. Hər iki qız zəngləşərək birlikdə evlərini tərk ediblər. Hara getdikləri barədə isə heç bir məlumat yoxdur. İki nişanlı qız evdən qaçıb. Hadisə Şirvanda baş verib. Şəhər sakini, 17 yaşlı Aytac Zahidova və qardaşının nişanlısı, 18 yaşlı Əfsanə Quliyeva mayın 26-da evdən çıxaraq geri qayıtmayıblar.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Aytacın anası Flora Şirinovanın sözlərinə görə, gəlini bir müddət əvvəl valideynlərindən bezdiyini deyib. Aytac da nişanı qaytarmaq istəyib. Lakin ailəsi buna etiraz edib. Aytac nişanını qaytarmayacağı halda evdən qaçacağını da bildirib.
Mayın 26-da səhər saatlarında hər iki qız zəngləşərək birlikdə qaçıblar. Hara getdikləri barədə də heç bir məlumat yoxdur. Qızların itkin düşmələri barədə Şirvan polis şöbəsinə yazılı müraciət olunub. Hazırda axtarışlar davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub