Tanınmış iş adamı, keçmiş MTN-də kök salmış cinayətkar şəbəkənin qurbanına çevrilən Maqsud Mahmudov yenidən Azərbaycan Ədliyyə Naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.
İcmal.az-ın məlumatına görə, iş adamı müraciətində qeyd edib ki, 06.06.2017-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakimi Mehparə Əhmədovanın sədrliyi ilə onunla bağlı məhkəmə prosesin keçirilməli idi. Lakin naməlum səbəbdən məhkəmə 30 iyun 2017-ci il tarixinə təxirə salınıb.
Bakı şəhəri Nərimanov rayon Məhkəməsi 7 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iş adamı Mahmudzadə Maqsud Mahmud oğluilə İsmayılov Azad Fərhad oğlu arasında 11 sentyabr 2015-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontorunda bağlanmış Sumqayıt şəhəri 3/d ünvanında istifadədə olan 0.094248 ha torpaq sahəsində, Bakı-Quba yolunun şimal ünvanında yerləşən, ümumi sahəsi 965,9 kv.m olan əmlak kompleksinin (Las Veqas restoranının) alqı-satqısı barədə AN İN 0472824 saylı daşınmaz əmlakın alqı-satqısı barəsindəki müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin əmlak üzərində Mahmudzadə Maqsud Mahmud oğlunun mülkiyyət hüququnun bərpası qət olunmuş, sabiq MTN-nin və “Bank Technique” ASC-nin bir sıra əməkdaşlarının əməllərində cinayət tərkibi olması barədə xüsusi qərar çıxarmaqla prokurorluğa məlumat verilmişdi. Həmin qətnamadən İsmayılov Azad Fərhad oğlu və Quluzadə Cavid Məhəbbət oğluapellyasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 dekbar 2016-cı il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin iş üzrə 07 sentyabr 2016-cı il tarili qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır.
Hazırda barələrində xüsusi qərarlar çıxarılmış şəxslər bütün qanunsuz yollarla mənim xeyrimə olan qətnamələri ləğv elətdirmək istəyirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakimi Mehparə Əhmədovanın həyat yoldaşı keçmiş MTN-nin polkovniki olub və hazırda sərəncama çıxarılıb. Məlumatda qeyd olunur ki, hakimin həyat yoldaşı iş adamının mülkini təzyiq yolu ilə ələ keçirən keçmiş MTN işçisi Quluzadə Cavid Məhəbbət oğlu ilə sıx münasibətləri olub. Quluzadə Cavid Məhəbbət oğlu keçmiş MTN-nin istintaq idarəsindəişləmişdir. Bu şöbənin rəisi Vüsal Ələkbərov isə məlum hadisələrlə bağlı həbs olunub.
Zərərçəkən Maqsud Mahmudzadə qeyd edir ki, “Bank Technique” ASC-nin bir sıra əməkdaşlarının əməlləri keçmiş MTN-nin İstintaq İdarəsində aparılırmış:
“Keçmiş MTN işçisi Quluzadə Cavid Məhəbbət oğlu həmin istintaq qurupunun üzvü idi. Məhz bu səbəbdən Cavid Quluzadə Azad İsmayılova kömək edərək onun “Bank Technique” ASC-də olan pulunun alınmasında iştirak etmişdir. Yuxarıda adını çəkdiyim şəxslər sonradan mənə hədə-qorxu gələrək mənə məxsus olan avtomobili öz adlarına keçirtdilər. Cavid Quluzadənin təzyiqi və hədəsi ilə Notarius depozitinə pul keçirilmədən alqı-satqı müqaviləsi təsdiqlənmişdir”.
Maqsud Mahmudzadə müraciətində Cavid Quluzadənin Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakimi Mehparə Əhmədovanın MTN-çi həyat yoldaşı ilə dostluq əlaqələrindən sui istifadə etdiyini deyib:
“Keçmiş MTN-nin müstəntiqi olan Cavid Quluzadə mənə təzyiq edərək, hədə-qorxu gələrək avtomobilimi və restoranımı öz yaxını Azad İsmayılov adlı şəxsin adına keçirib. Məndə olan məlumata görə, hakim Mehparə Əhmədovanın həyat yoldaşı keçmiş MTN-nin polkovniki olub və hazırda sərəncama çıxarılıb. Xanım hakimin həyat yoldaşı mənim avtomobilimi və restoranımı hədə-qorxu ilə əlimdən alan Cavid Quluzadə ilə yaxın münasibətlərə malikdir. Bu insanlar bütövlükdə mütəşəkkil şəkildə mənim həyatımı məhv ediblər. Bunlar birmənalı şəkildə iş adamlarını Cənab Prezidentə qarşı bilərəkdən yönəldirlər. Vaxt var idi mən 300 vətəndaşımızı işlə təmin etmişdim, biznesimi daha da genişləndirəcəyimi düşünürdüm. Bu cinayətkarların “səyi” nəticəsində bügün onlardan 280-nə yaxını işsizdirlər. Biz heç bir zaman Prezidentimizə qarşı çıxmamışıq, çıxmarıq da. Son nəfəsimizə qədər Ali Baş Komandanın yanındayıq. Amma artıq susa bilmirəm, maddi resurslarım tamamilə tükənib, səbrim bitib. MƏN ARTIQ, FÖVQALADƏ HEÇ NƏ İSTƏMİRƏM, SADƏCƏ DAMA-DAMA QURDUĞUM, QAZANDIĞIM ŞƏXSİ ƏMLAKIMI geri qaytarsınlar. Onlar mənə tək maddi ziyan deyil, həm də psixoloji zərbə vurublar. Onlar əmlakımı əlimdən aldılar, ailəmi isə psixologi depressiyaya saldılar. Bugün mənim ailəm də bu psixoloji zərbədən əziyyət çəkir. Mənə qarşı ən ağılasığmaz, təhqiramiz təzyiq üsulları istifadə ediblər. Şükürlər olsun ki, mənim kimi yüzlərlə iş adamını məhv etdiyinə görə Cənab Prezident keçmiş MTN rəhbərliyini birmənalı cəzalandırdı. Bu bizimçün öz haqqımızı tələb etmə imkanı yaratdı. Ümid edirəm haqq-ədalət öz yerini tapacaq, 30 iyun tarixində məndən oğurlanan bütün əmlakım geri qaytarılacaqdır”.