Bu gün orta ümumtəhsil məktəblərində 2016/2017-ci tədris ili başa çatır. Bu münasibətlə məktəbi bitirən məzunlar üçün “Son zəng” çalınır. Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsi üçün Daxili İşlər Nazirliyi gücləndirilmiş rejimdə çalışır.
Mynews.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev bütün orta məktəblərdə təhlükəsizllik tədbirləri görüldüyünü və ərazidə xidmət edən əməkdaşların sayının artırıldığını deyib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol-hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, ölkə üzrə kütləvi tədbirlərin keçirilməsi ilə bağlı yollarda təkcə nəqliyyatın yox, piyadaların da hərəkəti intensivləşib. Ona görə də ərazi üzrə xidmət aparan əməkdaşlarımız nəzarəti gücləndirib.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov da yol polisinin gücləndirilmiş rejimdə çalışacağını bildirib. O, həmçinin bu gün orta məktəbi bitirən məzunların valideynlərinə müraciət edib: “Təhlükəsizliyin təmin olunmasında yalnız yol polisləri deyil, valideynlər də diqqətini artırmalıdırlar. Çünki məktəbyaşlı uşaqlara avtomobil idarə etməyə icazə verilməsinə görə məsuliyyət nəzərdə tutulub. Təhlükəsizliyin təmin edilməsi üçün hər kəs diqqətli olmalıdır. Bu gün Bakı şəhərində “Son zəng” tədbirlərinin keçirilməsilə bağlı bütün orta məktəblər nəzarətə götürülüb, azyaşlı uşaqların və məktəblilərin müxtəlif vasitələrdən istifadə edərək avtomobil əldə edib sürməsinə ciddi nəzarət olunacaq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub