Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatır. Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunmalıdır. Buna baxmayaraq, hər il olduğu kimi, məzunların Dənizkənarı Milli Parkda əyləncə təşkil edəcəkləri istisna edilmir.
Mynews.az bildirir ki, Dənizkənarı Bulvar İdarəsindən verilən məlumata görə, bununla bağlı idarə gücləndirilmiş iş rejimində çalışacaq.
Əraziyə gələcək qonaqların çoxuluğunu nəzərə alaraq polis əməkdaşları asayişə nəzarət edəcəklər.
Qeyd edək ki, cari tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin IX siniflərini 110638, XI siniflərini 84088 və XII sinifləri 723 şagird bitirir. Növbəti dərs ilində orta məktəblərin I siniflərinə 164945 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub