Usta işlədiyi ev sahibini öldürməkdə təqsirləndirilən Eldar Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az Lent.az-a istinadən verdiyi məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib. O, əməlindən peşman olduğunu bildirib və yüngül cəza verilməsini istəyib.
Hakimlər kollegiyası hökmü ilə Eldar Babayev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror ötən proses çıxış edərək 19 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, bu il yanvarın 21-də Xətai rayonu ərazisində yaşayan Vüqar Qasımovun evində təmir işləri aparan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Babayev münaqişə zəminində ev sahibini bıçaqla qətlə yetirib. Hadisəni törədərkən E. Babayevin sərxoş vəziyyətdə olduğu məlum olub.
E.Babayev könüllü olaraq 37-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.
Xatırladaq ki, E. Babayev Moskvada adam öldürdüyünə görə məhbus həyatı yaşayıb. 2001-ci ildə Moskva şəhər Məhkəməsinin hökmü ilə 15 il müddətə azadlıqdan məhrum edilib.
Daha sonra Azərbaycana gətirilən E. Babayev 2014-də azadlığa çıxıb. Onun məhkumluğu tam ödənilməyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub