Həftəsonu istirahət məkanları sırasında aquaparklar aktuallaşıb.
Onların üstünlüyü odur ki, insanlar həmin məkanlarda bir günlük istirahət etmək imkanı qazanırlar. BAKU.WS Bakının müxtəlif məkanlarında xidmət göstərən aquaparkların qiymətlərini təqdim edir: «AF Hotel Aqua Park» - 15 manat Novxanıda fəaliyyət göstərən "AF Hotel Aqua Park" kompleksində həftəsonu bir nəfər üçün giriş 15 manatdır.

«Bilgəh Aqua Park» - 50 manat Bilgəh qəsəbəsində fəaliyyət göstərən «Jumeirah Bilgah Beach Hotel»dəki Aquaparkda həftəsonu 1 nəfər üçün giriş 50 manatdır. Dənizə giriş isə 30 manatdır. 6 yaşa qədər uşaqlar üçün aquaparkdan istifadə pulsuzdur.

"Aqua Park Shikov” iki nəfər üçün 23 manat "Aqua Park Shikov”dakı istirahət mərkəzinə həftəsonu iki nəfər üçün giriş 23 manatdır. Avtomobil üçün dayanacaq da qiymətə daxildir. 23 manata hovuzdan və çimərlik aksesuarlarından istifadə etmək olar.

"Pullman Aqua Park" 40 manat "Pullman Aqua Parkı”dəki istirahət kompleksində həftəsonu bir nəfər giriş üçün 40 manatdır. Qiymətə çimərlik aksesuarlarından istifadə də daxildir.

"Dalga Beach Aquapark Resort" - 50 manat
"Dalga Beach Aquapark Resort”dəki kompleksdə xarici vətandaşlar üçün həftəsonu giriş 70 manatdır. Yerli vətəndaşlar üçün isə 50 manatdır. Həftə içi qiymətlər qiymətlər aşağı düşərək yerli 35 xarici vətandaşlar üçün 50 manatdır.

"Sea Breeze Hotel" 20 manat "Sea Breeze Hotel" - Nardaranda yerləşir. Bir nəfər üçün giriş 20 manat təşkil edir. 10 yaşına qədər uşaqlar pulsuzdur.

"Amburan Beach" - 25 manat "Amburan Beach" kompleksinə həftəsonu giriş 25 manatdır. Həftə içi isə 20 manatdır. Qiymətə çimərlik aksesuarlarından istifadə də daxildir.

1
1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
343 dəfə oxunub
2
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
336 dəfə oxunub
3
Berenin Saatın çox danışılan filmi yayımdan qaldırıldı
324 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
311 dəfə oxunub
5
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
307 dəfə oxunub