Respublika ərazisində 18 yaşdan aşağı şəxslərə siqaret satmaq qadağan olunub. Bəzi marketlərdə isə buna əməl edilmir.
Mynews.az bildirir ki, ARB TV-nin apardığı eksperiment zamanı satıcılar azyaşlıya siqareti çox rahatlıqla veriblər.
Bunun səbəbini soruşduqda isə bu qanundan xəbərsiz olduqlarını bildirdilər. Onlardan biri hətta valideyninin göndərdiyini düşünüb siqareti satdığını da bildirib.
Düzdür, övladını siqaret üçün dükana göndərən valideynlər də az deyil. Sonradan uşaqlar bu vasitəni özləri üçün istifadə edirlər.
Çəkiliş zamanı 7 marketə daxil olduq, hər biri də siqareti verdi. Ekspertlər bildirir ki, 18 yaşdan aşağı şəxslərə siqaretin satılması inzibati xətalar məcəlləsinin pozulması deməkdir.
Tofiq Musayev (ekspert): "Həmin məcəlləyə görə, tütün məmulatlarının uşaqlara satılması qadağandır. 100 manat civarında cərimə edilir. Uşaqlar siqareti dükandan alırsa, deməli riayət edilmir. Yeni qanun layihəsində cərimələrin artırılması nəzərdə tutulub".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub