Dondurma yeyib sərinləmək istədi, ancaq peşman oldu. Çünki dondurmanın içindən qaymaq yerinə toyuq sümüyü çıxıb.
Mynews.az xezerxeber.az-a istinadən verdiyi xəəbərə görə, xüsusi örtüklə ağzı bağlı olan dondurmanın içindən nəsə çıxacağını heç kəs gözləməzdi. Xüsusilə də bişmiş toyuğun bud sümüyünün çıxmasını.
Paytaxt sakini Rasim Mikayılovun həyat yoldaşı dondurmanın yarısını yedikdən sonra qəribə bir dad hiss edib. Dondurmanın içindəki bərk cismi ilk baxışdan daşlaşmış şəkər zənn etsə də, sonradan diqqətlə baxdıqda toyuğun bud sümüyü olduğunu görüb.
Hadisə göstərir ki, dondurma alarkən bir daha ehtiyatlı olmaq vacibdir. Toyuq sümüyü çıxan dondurmadan daha nəyin çıxa biləcəyini təsəvvür etmək çətin deyil.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindən bildirdilər ki, vətəndaş qarşılaşdığı halla bağlı müraciət edərək hüquqlarını tələb edə bilər. Araşdırma nəticəsində həmin fakt təsdiqini taparsa, istehsalçı qanunlara uyğun olaraq cəzalandırılacaq. xezerxeber.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub