"Avtobus yolunu keçmə, cərimə tətbiq olunacaq!"
Bu xəbərdarlıq lövhəsi “Koroğlu” metrostansiyası ətrafında uzun müddət öncə salınmış, bir müddət fəaliyyəti dondurulduqdan sonra bu günlərdə yenidən sərnişinlərin istifadəsinə verilən dayanacaqlara yerləşdirilib.
Lövhələrin yerləşdirilməsinə baxmayaraq, hələ də piyadalar sarı xətti keçir və avtobusların hərəkəti üçün təhlükəli vəziyyət yaradır.
Tətbiq olunan cərimələrin miqdarı və cərimələrin nə zamandan qüvvəyə minəcəyi ilə bağlı BiG.AZ-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məsələdən xəbərsiz olduğunu, araşdırıldıqdan sonra mətbuata məlumat veriləcəyini bildirib: “Sizin qeyd etdiyiniz məsələdən xəbərsizəm. Mən sözügedən məkanı qeyd etdim, hələlik “Formula1” lə bağlı başımız bəzi işlərə qarışıb. Biz sizə araşdırılmadan sonra cərimənin miqdarı ilə bağlı məlumat verəcəyik”.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub