Bir müddət öncə Azərbaycanda səhiyyə təhsili aldığını iddia edən türkiyəli bir xanımın öz həmvətəninin dodaqlarına silikon qoyarkən onun başına açdığı bəla Türkiyə mediasında gündəm olmuşdu.
Özünü kosmetoloq kimi "qələmə verən", əslində gözəllik salonunda adi bir işçi olan Soner G. 22 yaşlı Merve Keleşin istəyi ilə onun dodaqlarına silikon qoymuş, lakin sonra silikon şişərək Keleşin görkəmini iyrənc hala gətirmişdi və həyatı bir anda alt-üst olmuşdu. Həkimə müraciət edən Merve dodaqlarını birdəfəlik itirmə təhlükəsi ilə üz-üzə qalmışdı.
Keleş o gündən sonra xəstəxanada qalıb və dodaqlarını itirməmək üçün müalicə alıb. Təxminən 2 ay xəstəxanada yatan qız keçirdiyi bir sıra əməliyyatdan sonra sağlamlığına qovuşub. Son fotosunu instaqram hesabında paylaşan Merve "Bəli buradayam və yaşayıram. Həyat bəzi çətinliklər və səhvlər çıxarır qarşımıza. Hələ də gülə bilirəm. Hər yeni günə şükr edirəm" sözlərini yazıb.
publika.az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub