Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, abonentlərin təbii qaza olan təlabatının təmin edilməsi məqsədi ilə, diametri 325 mm-lik orta təzyiqli qaz xəttində aşkar edilmiş qaz sızmasının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar sabah saat 09:30 dan 18:00-dək Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Aparılan işlərin Binəqədi rayonu Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub