Sosial şəbəkələrdə azərbaycanlıları qəzəbləndirən video yayılıb.
Son zamanlar Super Sako adlı ifaçının Hayko adlı erməni ilə birlikdə ifa etdiyi “Mi Gna” mahnısı böyük səs-küyə səbəb olub. Bu dəfə Bakıda taksi sürücüsü sosial medianın hədəfi olub.
Mynews.az xəbər verir ki, həmin taksinin sərnişini jurnalist Səbirə Kazımova sosial şəbəkədə paylaşım edib:
“Mahnı çox şübhəli gəldi və taksi sürücüsünə bu mahnının kimə aid olduğunu soruşdum. Sürücü mahnının düşmən ermənilərə məxsus olduğunu dedikdə, özümdən asılı olmayaraq əsəbləşdim, nə deyəcəyimi bilmədim. Mənim simamın dəyişməsindən sonra mahnını dəyişdi”.

Qeyd edək ki, bu mahnı Özcan Deniz və Nüsrətin təqdimatında paylaşıldıqdan sonra da Türkiyə və Azərbaycan mətbuatında pis hal kimi qarşılanmışdı.
Sürücünün mahnıdan xüsusi zövq aldığının şahidi oluruq. Həmin görüntüləri təqdim edirik.
a24.az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub