Bu gecə Azərbaycanda ikinci Qədr (əhya) gecəsi (iyunun 15-dən 16-na keçən gecə) qeyd olunacaq.
İkinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-ci gününə keçən gecəyə təsadüf edir.
“Qədr gecəsi Quranın nazil olduğu 3 gecədən biridir”.
Bu sözləri Metbuat.az-a açıqlaması zamanı ilahiyyatçı Hacı Fuad Pənahlı bildirib. Onun sözlərinə görə, bu gecə dindarların səhərədək oyaq qalıb ibadət etməsi, dualar eləməsi Quranı qarşılamaq kimi hesab olunur:
“Qədr gecəsinin çox dərin fəlsəfəsi var. Bu gecə insanın illik bəlalarının ondan uzaqlaşmasını təmin edən bir gecədir. Bir sözlə, başdan-ayağa fəzilətlərlə zəngin bir gecədir. Yaxşı olar ki, insanlar bu gecənin niyyəti ilə qüsul alıb, səhərə qədər oyaq qalsınlar. Qədr gecəsinin özünəməxsus duaları, zikirləri ilə məşğul olsunlar”.
Qədr gecəsi bu duanı etmək vacibdir!
Qeyd edək ki, Azərbaycanda üçüncü Qədr gecəsi iyunun 17-dən 18-nə (Ramazan ayının 22-dən 23-cü gününə), sonuncu Qədr gecəsi isə iyunun 21-dən 22-nə keçən gecəyə (Ramazan ayının 26-dan 27-ci gününə) təsadüf edir. Ramazan bayramı isə iyunun 26-sı və 27-də qeyd olunacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub