Bakı Mühəndislik Universitetində yeni ixtisaslar yaradılacaq.
Bunu Təhsil Nazirliyinin sektor müdiri, Bakı Mühəndislik Universitetinin rektor əvəzi Sülhəddin Gözəlov deyib.
O bildirib ki, Qafqaz Universitetinin indiyə qədər mövcud ixtisaslar ilə yanaşı, Bakı Mühəndislik Universitetində ölkə iqtisadiyyatı üçün prioritet olan bir sıra yeni mühəndislik ixtisasları üzrə yeni kadr hazırlığının da aparılması nəzərdə tutulub.
"Bu ixtisaslar gələcəkdə açıqlanacaq. Eyni zamanda Qafqaz Universitetinin tələbləri öz ixtisasları üzrə təhsil dili saxlanılmaqla tədrislərini davam etdirəcəklər. Təhsil haqqı cari tədris ilində həmin ixtisaslar üçün əvvəlcədən müəyyən olunmuş miqdarda sabit olunaraq saxlanılacaq”.
S.Gözəlov qeyd edib ki, Qafqaz Univeristetinin təhsil, tədris infrastrukturu Bakı Mühəndislik Universitetinin tabeçiliyinə keçib: "Hazırda təhsil alan tələbələrinin tədris sənədlərinin, əvvəlki illərdə qəbul olunmuş, universiteti müəyyən səbəblərdən bitirməmiş, akademik məzuniyyət götürmüş, müxtəlif təqaüd proqramları çərçivəsində təhsil alan bütün tələbələrin tədris sənənlədirinin Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə təhvil verilməsi ilə bağlı işlər aparılır və qısa müddətdə bu tamamlanacaq”.
Rektor əvəzi bildirib ki, Qafqaz Universitetinin əvvəllər məzun olmuş və hal-hazırda Bakı Mühəndislik Universitetinin köçürülən bütün tələbələrinin gələcəkdə alacaqları diplomları Azərbaycan Respublikasında tanınacaq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub